Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 15 iyun Milli Qurtuluş Günü və 17 iyun Tibb işçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib

Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak edib.
İlk öncə ümummilli lider Heydər Əliyev və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun direktoru t.ü.f.d.,dos. Aynur Poluxova çıxış edərək kollektivi bayram münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib.
Direktor çıxında Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günüdür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin arzuları reallaşıb, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəldib. Direktor tibb işçilərini təbrik edərək onlara bu müqəddəs və çətin işlərində uğur və müvəffəqiyyətlər arzulayıb. Ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrıldığını və ölkə başçısı İlham Əliyev cənablarının fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdiyini çıxışında vurğulayıb.
Daha sonra Milli Qurtuluş Gününə və 17 iyun Tibb işçilərinə həsr olunan videoçarx nümayiş edilib.
Tədbirin sonunda 17 İyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə və İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalarda fəal iştirakına görə bir qrup tibb işçisinə təşəkkürnamə təqdim edilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *