Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Stridora yanaşma” mövzusunda seminar keçirilib

Seminarda institutun rəhbərliyi, həkim-əməkdaşlar, həkim-rezidentlər iştirak ediblər. Seminarın açılışı institutun rəhbərliyinin nitqiylə başlayıb. Daha sonra birinci çıxışçı həkim-pediatr Türkanə Məmmədova “Stridora necə yanaşmalı?” mövzusunda təqdimatla çıxış edib. Həkim-pediatr stridor haqqında ümumi məlumat verərək onun növləri, anamnezə və subyektiv əlamətlər əsasən differensial diaqnostikasına dair geniş təqdimatı işirakçıların diqqətinə çatdırıb. İkinci çıxışçı həkim-otorinolarinqoloq Gülşən Qədirli Anadangəlmə stridorun növlərinə, səbəblərinə, müalicə taktikasına toxunub. Anadangəlmə stridorun cərrahi müalicəsinə dair videoçarx nümayiş etdirib. Üçüncü məruzəçi həkim-pediatr Arzu Alxasova Qazanılma stridor haqqında çıxış edib. Stridorun etiologiyası, klinikası, differensial diaqnostikası haqqında məlumatı diqqətə çatdırıb. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *