ETPİ-nin həkim-mütəxəssisləri Rusiya Federasiyasının “Milli Elmi Tədqiqat Uşaq Sağlamlığı Mərkəzi”nə ezam olunur

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən 10-21 iyun 2024-cü il tarixlərində “Milli Elmi Tədqiqat Uşaq Sağlamlığı Mərkəzi”ndə keçiriləcək seminarda iştirakı təmin etmək məqsədilə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ)  həkim mütəxəssisləri Aytəkin Adilova, Aygün Manafova, Ruhiyyə Məmmədova, Aytəkin Əliyeva ezam olunur.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Uşaqların Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzi” uşaqlara yüksək ixtisaslı tibbi yardım göstərən və pediatriya sahəsində elmi tədqiqatlarını əlaqələndirən aparıcı federal qurumdur.
255 ildən çox yaşı olan mərkəzdə həm elmi, həm də praktiki olaraq uşaq və yeniyetmələrin profilaktikası, diaqnostikası, yüksək texnologiyalı müalicəsi, reabilitasiyası, gigiyena və sağlamlığının qorunması kimi multidissiplinar məsələlər həll edilir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *