Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzindən Azərbaycan Respublikasına səfər edən nümayəndə heyəti 06 iyun 2024-cü il tarixində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olublar

Səfər zamanı nümayəndə heyətini Azərbaycan Tibb Universitetinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiri Dr. Müşfiq Orucov müşayət edib. Görüşdə institutun rəhbərliyi, həkim mütəxəssisləri iştirak ediblər. Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzindən gələn nümayəndə heyətinin rəhbəri Renad Almahdali, həkim-mütəxəssislər Aljohara Hamza, Abdulvahab Aljubab institutla yaxından tanış olublar. Direktorun müalicə işlər üzrə müavini t.e.d. Nüşabə Pənahova xəstəxana haqqında geniş məlumat verib. Daha sonra qonaqlar institutun Uşaq cərrahiyyə şöbəsi ilə yaxından tanış olublar. Şöbənin müdiri Umud Musayev, həkim-cərrah Sabir Novruzov, Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimova şöbə haqqında ətraflı məlumatı həkim-mütəxəssislərin diqqətinə çatdırıb. Qonaqlar institutunda olan şəraiti yüksək qiymətləndiriblər. Kral Salman adına Humanitar Yardım və Qayğı Mərkəzinin fəaliyyəti nəcib fundamental humanitar məqsəd və prinsiplər üzərində qurulub. Proqramları həyata keçirmək üçün lazım olan elementlərə bütün yardımın təfərrüatlı monitorinqi, yardımın yüksək dərəcədə koordinasiya edilmiş və mütərəqqi daşınması daxildir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *