Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak edib.
Açılış nitqində institutun direktoru t.ü.f.d.,dos. Aynur Poluxova bildirib ki, XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər öz mənfi nəticələrini göstərməyə başlayıb. Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində ekoloji problemlər aradan qaldırılıb, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılıb. Dünyada sərt iqlim dəyişməsi, yeni fəlakətlər, yeni xəstəliklərin əmələ gəlməsi ətraf mühit sağlamlığı üçün ciddi xəbərdarlıqdır. Bunu nəzərə alaraq, müvafiq təşkilatlar tərəfindən mütəmadi tədbirlər görülür. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Daha sonra institutun Diaqnostika şöbəsinin həkim infeksionisti Günay Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda təqdimatla çıxış edib. Məruzə əsnasında açıq və qapalı yerlərdə çirklənən havanın, suyun, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilərək təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülür. Qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amillər olduğunu diqqətə çatdıran infeksionist Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açdığını qeyd edib.