29 komissiya üzvünün iştirakı ilə keçirilən iclasda may ayı ərzində 4 xəstəlik tarixçəsi araşdırılıb.
Ekspertlər Mahirə Əfəndiyeva, Aygün Manafova, Araz Əliyev ölüm hadisələrinin geniş təhlilini apararaq, rəylər hazırlayıb, iradlar barədə komissiya üzvləri ilə birgə qarşılıqlı fikir mübadiləsi aparıblar.
May ayı ərzində baş verən ölüm hallarının müzakirəsi əsasında keçirilən iclasda verilən suallar cavablandırılıb, rəhbərlik, komissiyanın üzvləri və həkimlər arasında diskusiyalar baş tutub, ölüm hadisəsində təxliyə, xəstəliklərin patogenizi və müasir müalicə protokolları barədə geniş müzakirə aparıblar.
