Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “İmmunlaşdırma həftəsi” çərçivəsində tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbirin açılışı institutun direktoru t.ü.f.d., dos. Aynur Poluxovanın nitqi ilə başlayıb. Direktor çıxışında ictimaiyyətin diqqətini bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumaq üçün əsas profilaktik tədbirlərdən biri kimi immunizasiyaya cəlb etmək olduğunu bildirib. Peyvəndin vacibliyindən, ailələri uşaqlarının ölümcül xəstəliklərə qarşı peyvənd olunmağının vacibliyindən danışıb.
Daha sonra həkim pediatrlar Səbinə Cəfərova, Gülnarə İlyasova, Aytəkin Adilova İmmunoprofilaktika vaksinasiya mövzusunda təqdimatla çıxışlar ediblər.
Çıxışlarda yoluxucu xəstəliklərə qarşı qorunmanın ən effektiv yolu vaksinasiyadir. Uşaq orqanizmində infeksiyalara qarşı müvafiq immunitetin yaradılması üçün müxtəlif profilaktik peyvəndlərdən istifadə olunur-deyə bildirilib.
Sonda mövzular ətrafında geniş müzakirələr, qarşılıqlı fikir mübdiləsi aparılıb. İştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb.