Seminarda institutun rəhbərliyi, həkim kollektivi və həkim-rezidentlər iştirak ediblər.
ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının həkim-rezidenti Sevda Mənsimova “Yenidoğulanlarda elektrolit mübadiləsi” mövzusunda ətraflı təqdimatla çıxış edib.
Hər bir elektrolitin qanda artıb azalmasının patofiziologiyasını, klinikasını və korreksiyasını dinləyicilərin nəzərinə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
