Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə İnstitutun klinik şöbələrinin (somatika şöbəsi, qəbul şöbəsi) 2023-cü il üçün illik hesabatı və müxtəlif məsələlərin daxil olduğunu bildirib.
İclasda klinik şöbələrin rəhbərləri tərəfindən 2023-cü il üçün illik hesabatları dinlənilib. Hesabatların geniş müzakirəsi keçirilib, tövsiyələr verilib və açıq səsvermə ilə təsdiqlənib.
Sonda direktor qısa müddət ərzində bu şöbələrin fəaliyyətində olan yeniliklər və müxtəlif məsələlər barədə məlumat verib.
Elmi katib t.ü.f.d.,dos. Sevinc Nəsirova planlaşdırılan konfranslar haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.