Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat planlaşdırılması şöbəsinin kiçik elmi işçisi Aygün Məmmədova 02 fevral 2024-cü il tarixində “Bətndaxili infeksiya ilə doğulan uşaqların erkən yaşda sağlamlığının kompleks qiymətləndirilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Aygün Məmmədovaya Prezident yanında Ali Attestasiya Komissiyasi Kollegiyasinin 31.01.2024-cü il tarixli qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib və diplomla təltif edilib. Bu münasibətlə doktoru təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
