Elmi Şura 17 nəfər şura üzvünün iştirakı ilə keçirilib. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik şöbələrinin (uşaq cərrahiyyə şöbəsi, diaqnostika şöbəsi) 2023-cü il üçün illik hesabatı və müxtəlif məsələlərin daxil olduğunu bildirib.
İclasda klinik şöbələrin rəhbərləri 2023-cü il üçün illik hesabat haqqında məruzə ilə çıxış ediblər.
Hesabatlar müzakirə edilib, şöbələrin fəaliyyəti qənaətbəxş hesab olunub və açıq səsvermə ilə təsdiqlənib.
Sonda direktor qısa müddət ərzində bu şöbələrin fəaliyyətində olan yeniliklər (təchizat, təminat, xəstəlik tarixlərində olan dəyişikliklər və.s) barədə məlumat verib.