Körpəyə ətraflı müayinə zamanı perinatal dövr üçün spesifik olan dəqiqləşdirilmiş infeksiya, fetal hepatit, törədicisi müəyyən olunmamış pnevmoniya, yayılmış damardaxili laxtalanma sindromu, doğuş zamanı az bədən çəkisinin digər halları diaqnozları qoyulub.
Körpə süni ventilyasiya və CPAP aparatında respirator dəstək alıb. Reanimatoloq Tamilla Orucova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinə köçürülüb.
Şöbədə həkim pediatr Lalə İsmayılovanın davam edən müalicəsi, tibb bacılarının körpəyə qulluğu nəticəsində vəziyyəti yaxşılaşıb, çəkisini artırıb (2700 qram) və yaxşılaşma ilə sahə pediatrının, oftalmoloqun, nevroloqun nəzarəti altında evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə təşəkkür edirlər.