Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) kursu keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, MD Training birgə təşkilatçılığı ilə 29 fevral-01 mart 2024-cü il tarixlərində Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) kursu keçiriləcək. Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan kurs 2 gün davam edəcək. Təlimdə əhatə olunacaq mövzular:

uşaqlarda təcili və təxirəsalınmaz klinik halların idarə olunması

klinik alqoritmlərin tətbiqi

respirator çatışmazlıq hallarının menecmenti

obstruktiv, distributiv, hipovolemik və kardiogen şoklarda təxirəsalınmaz yardım

aritmiyaların diaqnostikası və menecmenti

ürək dayanması, bradi- və taxiaritmiyaların müalicəsi

EKQ-nin əsasları və s.

Kursu uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim ediləcək.

Təlimdə iştirak etmək üçün:

Tel: +994 50 243 86 71

E-poçt: [email protected]

Web: https://www.uimconsulting.com/az/site/allcourses

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *