Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib.
Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər.
Direktorun müalicə işlər üzrə müavini, həkim-pediatr t.e.d. Nüşabə Pənahovanın rəhbərliyi ilə həkim rezident Rəhimə Səfərli “Uşaqlarda su duz mübadiləsinin xüsusiyyətləri. Saxlayıcı maye və defisit mayenin hesablanması. Hipo ve hipernatriemiya, səbəbləri ve korreksiyasi” mövzusunda ətraflı təqdimatla çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.