Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın 2024-cü il üçün ilk iclası keçirilib

Elmi Şura 17 nəfər şura üzvünün iştirakı ilə keçirilib. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun  direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik şöbələrinin (vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsi, yenidoğulmuşların patologiya şöbəsi) 2023-cü il üçün illik hesabatı və müxtəlif məsələlərin daxil olduğunu bildirib.

İclasda klinik şöbələrin rəhbərləri 2023-cü il üçün illik hesabat haqqında məruzə ilə çıxış ediblər.

Hesabatlar müzakirə olunub, şöbələrin fəaliyyəti qənaətbəxş hesab olunub və açıq səsvermə ilə təsdiqlənib.

Daha sonra Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün doktorant Şəbnəm Qəhrəmanlı Azərbaycan Respublikası Elmi Tədqiqatların  Əlaqələndirilməsi Şurasının tələblərinə uyğun olaraq tərtib edilmiş “Bətndaxili inkişafın ləngiməsi ilə doğulan uşaqlarda neyroinkişaf geriliyin proqnozlaşdırılması” mövzusunda dissertasiya işini annotasiyasını təqdim edib. Mövzu ətrafında müzakirələr aparılıb.Təqdim edilən iş qənaətbəxş qiymətləndirilib.

Sonra institutun elmi katibi, t.ü.f.d., dos. Sevinc Nəsirova planlaşdırılan elmi konqres və konfranslardə dərc olunacaq  tezis materiallarına olan tələbləri diqqətə çatdırıb.

Sonda direktor qısa müddət ərzində bu şöbələrin fəaliyyətində olan yeniliklər (istər təchizat, təminat, istərsə də xəstəlik tarixlərində olan dəyişikliklər  və.s) barədə məlumat verib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *