20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və kollektivi 20 Yanvar abidəsini ziyarət ediblər

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və kollektivi 20 Yanvar abidəsini ziyarət edərək abidə qarşısına əklil qoyub, tər gül dəstələri düzərək 20 Yanvar Faciəsi və Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə sonsuz ehtiramlarını bildirib, onların ruhlarına dualar oxuyublar.
20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar institutun əməkdaşları saat 12:00-da abidə önündə bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad ediblər.
Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *