Ana bətnində diaqnozu qoyulan körpə, doğulan kimi tənəffüs çatışmazlığı olduğundan intubasiya olunub və ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb.
Körpə dərhal süni ventilyasiya aparatına qoşulub. Rəhbərliyin nəzarəti altında ətraflı müayinə zamanı körpəyə anadangəlmə sağ tərəfli diafraqmal yırtıq, sağ ağciyərin hipoplaziyası, pulmonar hipertenziya diaqnozları qoyulub.
Reanimatoloq Tamilla Orucova tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra uşağa Cərrahiyyə şöbəsinin müdiri Umud Musayev tərəfindən uşaq cərrahı Sona Cəbiyevanın assisentliyi, Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimovanın iştirakı ilə sağ tərəfli torakotomiya, frenikoplastika,döş boşluğunun drenajı əməliyyatı icra olunub. Aparılmış müalicə nəticəsində uşaq sağalma ilə evə yazılıb.