Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 28 dekabr 2023-cü il tarixində 2 saat olmaqla Moskva şəhəri, Rusiya Federasiyası Səhiyyə Nazirliyi Akademik V.İ.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibbi Tədqiqat Mərkəzinin 2-ci yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş uşaqların patologiya şöbəsinin müdiri, neonatologiya və pediatriya kafedrasının dosenti Qroşeva Yelena Vladimirovna tərəfindən “Yenidoğulmuşların fiziki inkşafının qiymətləndirilməsi üzrə elmi-təcrübi” seminar keçirilib.
Təlimdə institutun rəhbərliyi və mövzuya uyğun olaraq vaxtından əvvəl doğulanların və yenidoğulanların patologiya şöbələrinin klinist həkimləri, rezidentlər iştirak edib.
İnstitutun həkim pediatrı t.ü.f.d. Gülnaz Ağayeva tərəfindən T.Fenton (2013)-vaxtından əvvəl və INTERGROWTH-21(2014) vaxtında və vaxtından əvvəl doğulmuş uşaqların antropometrik göstəricilərinin qiymətləndirilməsi üzrə iki şkala təqdim olunub və onların pasientlər üzərində tətbiqi həyata keçirilib. Bu şkalalar vasitəsilə doğulandan dərhal sonra və dinamikada antropometrik göstəricilərin düzgün qiymətləndirilməsi və fiziki inkişaf göstəricilərinin dinamikada izlənməsi mümkündür. Nəticəyə uyğun olaraq həm düzgün diaqnozların qoyulması, həm də zərurət yarandıqda, yəni risk qrupundan olan uşaqlarda nutritiv dəstəyin aparılması planlaşdırılır.
Sonda mövzu ətrafında qarşılıqlı müzakirə, fikir mübadiləsi aparılıb və bunun ETPİ-nin müvafiq şöbələrində, xəstəlik tarixlərində tətbiqi nəzərdə tutulur. “Tibbi-sosial araşdırmalar və Elmi-tədqiqat planlaşdırılması şöbəsində gələcəkdə statistik əhəmiyyətli nəticələrin təhlili və müvafiq tövsiyələrin verilməsidə nəzərdə tutulub.
