“XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 25 dekabr 2023-cü ildə “XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda keçirilən konfransa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları iştirak edib.
Konfransda dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli, Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, TƏBİB-in aparıcı-məsləhətçisi Səkinə Əzizli, açılışda çıxış ediblər.
Konfransda səmərəli fikir mübadiləsi aparılıb, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Sevinc Həsənova və digər iştirakçılar tərəfindən təkliflər səsləndirilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *