ETPİ-nin həkim heyəti Rusiya Federasiyasında təşkil olunan kursda iştirak edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə 26 noyabr-10 dekabr 2023-cü il tarixlərində Sankt-Peterburq şəhərində anaların, yenidoğulmuşların və beş yaşa qədər uşaqların sağlamlığının qorunması üzrə beynəlxalq layihəsi çərçivəsində “Pediatriya” və “Yoluxucu xəstəliklər” mövzusunda keçirilən “Uşaq infeksion xəstəlikləri üzrə təhsil seminarları” kursunda institutun bir sıra həkimləri heyəti iştirak ediblər. Federal Tibbi Bioloji Agentliyin Uşaq infeksion xəstəlikləri üzrə elmi-klinik mərkəzində keçirilən kursda yenidoğulan və 5 yaşa qədər uşaqlarda infeksion xəstəliklər, imunnoprofilaktika sahələrinə toxunulub. ETPİ-nin 3 həkim-mütəxəssisi (Nigar Cəfərova, Günel Əliyeva, Xalidə Hacıyeva) kursu müvəffəqiyyətlə başa vurublar. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bununla əlaqədar olaraq iştirakçılardan həkim-pediatr Nigar Cəfərova kurs haqqında ətraflı hesabatı kollektivə təqdim edib. Təqdimatda kursda keçirilən geniş mühazirələr, praktik məşğələlər, mərkəzin klinik, elmi bölmələri haqqında ətraflı məlumat verilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *