Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (dekabr ayı üçün) 5 saylı iclası keçirilib.
Elmi Şuranın 17 nəfər üzvünün iştirakı ilə keçirilən iclasın gündəliyində – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi bölmələrinin (Vaxtından əvvəl və yenidoğulanların patologiyası elmi bölməsi, Anesteziologiya və Reanimatologiya elmi bölməsi, Tibbi-sosial araşdırmalar və Elmi-Tədqiqat işlərinin planlaşdırılması elmi bölməsi, Pulmonologiya elmi bölməsi, Diaqnostik Tədqiqatlar laboratoriya elmi bölməsi) 2023-cü il üçün illik hesabatı, o cümlədən müxtəlif məsələlər daxil olub. Hesabatlar ətrafında müzakirələr aparılıb, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb, rəylər dinlənilib və səsvermədə qənaətbəxş qiymətləndirilib.