Uşağa 10 günlüyündə NEK, ileum və yoğun bağırsağın nekrozu, yayılmış peritonit diaqnozu ilə rəhbərliyin nəzarəti altında həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra, həkim-cərrah Sabir Novruzov tərəfindən laparatomiya, ileostomiya, qarın boşluğunun sanasiyası və drenajı icra olunub.
6 aydan sonra həkim-cərrahlar Sabir Novruzov və Malik Hüseynov tərəfindən Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimovanın iştirakı ilə körpəyə laparotomiya, adheolizis, ileostomanın ləğvi, ileo-ileostomiya, ileokolostomiya əməliyyatı yerinə yetirilib.
Əməliyyatdan sonra Uşaq cərrahiyyəsi şöbəsində kompleks müalicə davam etdirilib. Körpə 7 gündən sonra kafi vəziyyətdə, yaxşılaşma ilə evə buraxılıb.
Körpənin valideynləri institutun və cərrahiyyə şöbəsinin bütün kollektivinə təşəkkür ediblər.