Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni il öncəsi tibbi aksiya keçirlib

Aksiyada Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Kamil Eyvazov və digər ixtisaslı həkimlər iştirak ediblər. Bu aksiya çərçivəsində uşaqları Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssisləri: pediatrlar, travmatoloqlar, nevroloq, kardioloq, allerqoloq, otolorinqoloq, həkim lobarant, qastroenteroloq, uşaq cərrahları, USM mütəxəssisləri, Exokardioqrafiya mütəxəssisi,oftolmolaqlardan ibarət ixtisaslı həkim briqadası kiçik yaş qrupundan olanları müayinə ediblər və müayinə nəticəsində səhhətində problem aşkarlanan uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, ehtiyacı olan körpələrə profilaktik tədbirlər və müalicə təyin edilib. Körpələrə lazımi labarator və diaqnostik müayinələr göstərilib və ehtiyacı olan körpənin stasionar müalicəsi təmin olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *