Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə çatdıırılan körpə sağalaraq evə yola salınıb

34-cü hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb.
Ətraflı müayinə zamanı körpəyə anadangəlmə pnevmoniya, tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən çəkisinin digər halları, perinatal dövr üçün spesifik olan digər infeksiyası, pulmonar hipertenziya digər dəqiqləşdirilmiş səbəblərlə neonatal sarılıq diaqnozları qoyulub.
Körpə uzun müddət süni ventilyasiya dəstəyində olub. Reanimatoloq Tamilla Orucova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Vaxtından qabaq doğulmuşların patologiya şöbəsinə köçürülüb.
Şöbədə həkim pediatr Leyla Heydərovanın davam edən müalicəsi, tibb bacılarının qulluğu nəticəsində körpənin vəziyyəti yaxşılaşıb və sağalma ilə evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə təşəkkür edirlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *