Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təqaüdə yola salınan növbəti əməkdaşı 40 illik əmək fəaliyyətindən sonra (1983) Təşəkkürnamə ilə təltif olunub.
Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən Həmkarlar təşkilatının növbəti iclasında institutun Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinin tibb bacısı Məlahət Məmmədova təntənəli şəkildə təqaüdə yola salınıb. Məlahət Məmmədova qüsursuz əmək fəaliyyətinə görə, rəhbərlik tərəfindən Təşəkkürnamə ilə təltif olunub. Kollektiv ona öz arzu və diləklərini bildirib.