1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyası və nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təşkil olunan konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak edib.
Tədbirdə səhiyyə, sosial yönümlü dövlət qurumları və beynəlxalq təşkilatlar, o cümlədən İİV-in təsirinə məruz qalmış icma nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi ölkəmizdə və dünyada İİV-lə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkməkdən ibarətdir.