Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsinin şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
Körpələr institutun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova tərəfindən ətraflı müayinə olunublar.
Müayinə zamanı körpələrə virus mənşəli enteritlər, ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal refluks diaqnozları qoyulub.
Əkizlərin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Nərgiz Babayeva, həkim-infeksionist Günay Əliyeva tərəfindən müalicələri davam etdirilib, bütün lazımi laborator və diaqnostik müayinələri edilib. Körpələrin davam edən müalicəsi, tibb bacılarının qulluğu nəticəsində vəziyyətləri yaxşılaşıb.
Qeyd edəki ki, Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında, Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, “Cəngavər” döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verən Şəhidlərimizi hörmət və ehtiramla anırıq.