ETPİ-nin direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova Beynəlxalq Elmi Konqresdə çıxış edib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda 27 noyabr 2023-cü il tarixində Beynəlxalq Elmi Konqres başlayıb.
Konqresin ikinci günü Neonatologiya və Pediatriyada yeniliklərə həsr olunub.
Konqresin ikinci gününün rəsmi açılışında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova çıxış edib. Çıxış edən direktor digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin sosialyönümlü siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlidiyini vurğulayıb. Ana və uşaq sağlamlığının qorunması dövlətimizin piroritet məsələlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, hər hansı ölkədə əhalinin sağlamlığının qorunması ilə bağlı əsas göstəricilərdən biri ana və uşaq ölümü göstəriciləridir. Azərbaycanda dövlət bu məsələni daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu sahədə görülən işlər, respublikamızda həyata keçirilən tədbirlər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunduğunu vurğulayıb.
Tədbir öz işini panel sessiyalarla davam etdirib. Konqres çərçivəsində “Neonatologiya üzrə son təlimatlar”, “Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar”, “Pediatriyada təcili və təxirəsalınmaz hallar” və digər mövzularda sessiyalar keçiriləcək.
Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin məqsədi “Ana və uşaq sağlamlığı” ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkilindən ibarətdir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *