Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzi və “Azərbaycan Hematologiya Mütəxəssisləri” İctimai Birliyinin təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan III Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova iştirak edib.
Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin və ölkəmizin aidiyyəti səhiyyə qurumlarının rəsmi şəxsləri, həmçinin Türkiyə Respublikası Türk Kızılay Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycanda ilk dəfə SOHO İtaliya Hematoloji Cəmiyyətinin, Türk Hematoloji Dərnəyinin (THD), Avrasiya Hematologiya Onkologiya Qrupunun (EHOG) müştərək sessiyalar təşkil olunub.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə I Beynəlxalq Qan bankı və Transfuzion Tibbi Simpoziumu keçirilib.