Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib.
Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər.
Həkim-pediatr t.e.d.,dos Adilə Hacıyevanın rəhbərliyi ilə həkim-rezident Çiçək Məmmədli “Yenidoğulmuşa qulluğun əsas prinsipləri” mövzusunda ətraflı təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında yenidoğulmuşlarda aparılan ilkin müayinələr, ana südü ilə qidalanmanın üstünlükləri, düzgün döşə qoyulma, yenidoğulmuşun aylıq müayinələri və.s barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Milli peyvənd təqvimindən danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.