Vətən müharibəsi iştirakçısı, hərbiçimiz Oruc Mustafayevin 35 həftəlik qida borusunun atreziyası diaqnozu ilə doğulan körpəsi ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb.
Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Heyrət Əhmədov tərəfindən, anestezioloq Nailə Səlimovanın iştirakı ilə körpəyə qida borusunun atreziyası, boyun ezofaqostomiya, qastrostomiya əməliyyatı icra olunub.
Əməliyyatdan sonra Reanimasiya şöbəsində kompleks müalicə davam etdirilib. Stabilləşdikdən sonra Vaxtından Əvvəl Doğulmuşların Patologiya şöbəsinə köçürülüb. Xəstə şöbədə həkim Səbinə Məcidova tərəfindən təqib olunub, kafi vəziyyətdə, 3250 qram çəki ilə evə yazılıb.