Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (noyabr ayı üçün) 4 saylı iclası keçirilib.
Elmi Şuranın 17 nəfər üzvünün iştirakı ilə keçirilən iclasın gündəliyində – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsi, Poliklinika şöbəsi, Qəbul şöbəsi) 2023-cü il üçün yarımillik hesabatı, o cümlədən müxtəlif məsələlər daxil olub. Hesabatlar ətrafında müzakirələr aparılıb, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb, rəylər dinlənilib və səsvermədə qənaətbəxş qiymətləndirilib.