“Müasir tibbdə Kistoz Fibroz (KF)-Standart müalicədən modulyator müalicəsinə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 15 noyabr 2023 tarixində “Müasir tibbdə Kistoz Fibroz (KF)-Standart müalicədən modulyator müalicəsinə doğru” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada aidiyyəti dövlət qurumlarının nümayəndələri və Türkiyədən dəvət olunan həkimlər iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova bu sahədə təcrübəmizi bölüşmək məqsədilə metodik tövsiyənin hazırlanmasından, aparılan müayinələrin statistik göstəricilərindən danışıb. Bu istiqamətdə institutun əməkdaşlarının 6 dan çox elmi məqaləsinin çap olunduğu diqqətə çatdırılıb. Kistoz Fibroz xəstəliyi, müalicəsi, ölkəmizdə və dünyada xəstələrin mövcud vəziyyəti haqqında geniş məlumat verilib.
Tədbirdə KIFYIB-in altı (6) illik fəaliyyəti haqqında təqdimatlar, KF xəstələri və onların valideynləri tərəfindən hazırlanan video müraciət təqdim olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *