Türk Pediatrı Qurumu tərəfindən 03-05 noyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Tək millət, iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İstitutunun (ETPİ) direktoru vəzifəsi səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova tədbirin ikinci günündə “Uşaqlarda çox rast gəlinən dəri xəstəlikləri” mövzulu paneldə sədrlik edib.
ETPİ-nin həkim-pediatrı Gülnaz Ağayeva “Tez-tez xəstələnən uşaqlara pediatrın fərdi yanaşması” mövzusunda çıxış edib.
100-dən artıq iştirakçının qatıldığı konfransda Türkiyənin ən nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinlənilib, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılıb, təcrübə mübadiləsi aparılıb, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən yeniliklər konfrans iştirakçılarnın nəzərinə çatdırılıb. Konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlağı gücləndirmək, gələcəyimiz olan uşaqların sağlamlığı üçün tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdan ibarət olub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *