Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilib. Tədbir iştirakçıları 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs ediblər.
Sonda institut əməkdaşları olan birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına, veteran və şəhid ailələrinə institutun Həmkarlar komitəsi tərəfindən mükafatlar təqdim edilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *