“Tək millət, iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçiriləcək

Türk Pediatrı Qurumu tərəfindən 03-05 noyabr 2023-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan “Tək millət, iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçiriləcək.
Konfransda Türkiyənin uüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinləniləcək, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılacaq, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən son yeniliklər konfrans iştirakçılarnın nəzərinə çatdırılacaq.
Konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, uşaqların sağlamlığı üçün tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *