ETPİ-nin direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası mövzusunda Dəyirmi masada iştirak edib

27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə “ÜST-nin qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunun direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova, yüksək ixtisaslı mütəxəssislər iştirak ediblər.
Dəyirmi masada tərkibində qurğuşun olan boyaların insan sağlamlığına, xüsusilə də uşaqların səhhətinə mənfi təsiri ilə bağlı aktual məsələlər, boyalarda qurğuşun miqdarının tənzimlənməsi və ona nəzarət sahəsində digər ölkələrin əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə atılacaq zəruri addımlar müzakirə olunub. Dəyirmi masa tədbir iştirakçılarının maraqlı müzakirələri ilə başa çatıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *