“Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə, 17 noyabr 2023-cü il tarixində “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfrans keçiriləcək.
Konfransda ölkəmizin bu sahədəki aparıcı mütəxəssislərinin və xarici ölkələrdən dəvət edilən ekspertlərin məruzələri və maraqlı müzakirələr nəzərdə tutulub.

Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.
Konfransda iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz rica edilir.

Ətraflı məlumat üçün:
E-poçt: [email protected]
Tel: 0502438671

Qeydiyyat: https://ref.az/2Xwk8RS

Sponsorluq dəstəyi üçün:
Röya Abdullayeva, UİM Events & Congresses:
Tel: 0502438671

Leave a Comment

Your email address will not be published. Required fields are marked *