Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Rusiya Federasiyası Səhiyyə Nazırliyi Akademik V.İ.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibbi Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə 25 oktyabr 2023-cü il tarixində online konfrans keçirilib. İki müəssisə arasında bu ilin oktyabr ayında imzalanan müqaviləyə əsasən həkim-mütəxəssislər arasında təcrübə mübadiləsi, elmi konfranslar, müntəzəm olaraq onlayn formatda aktual mövzular dair seminarların birgə təşkili nəzərdə tutulub.
Təlimdə qeyd olunan mərkəzin 2-ci yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş uşaqların patologiya şöbəsinin müdiri, neonatologiya və pediatriya kafedrasının dosenti Qroşeva Yelena Vladimirovna “Vaxtından əvvəl doğulanlarda qidalanmanın hesablanması” mövzusunda təqdimatla çıxış edib. Bu mövzu neonatologiyanın ən aktual problemlərindən biri olan vaxtından əvvəl doğulmuşların qidalandırılmasına həsr olunub.
TEAMS platforması üzərindən baş tutan konfransda Azərbaycanın müxtəlif regionlarının iştirakı təmin olunub.
Belə təlimlər həkimlərin təkmilləşdirilməsi, peşəkarlıqlarının artırılması istiqamətində görülən tədbirlərdəndir.