ETPİ-də Ümumdünya Poliomielitlə Mübarizə Günü çərçivəsində tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya Poliomielitlə Mübarizə Günü çərçivəsində tədbir keçirilib.
Tədbirdə əməkdaşlar və həkim-rezidentlər iştirak ediblər.
Pediatriya şöbəsinin həkim-pediatrı Günel Əliyeva Poliomielitlə Mübarizə Günü ilə əlaqədar təqdimatla çıxış edib: “Övladıma niyə poliomielit peyvəndi etdirməliyəm, poliomielitdən necə qorunmalı, peyvənd sxemi nədir, peyvəndin yan təsirləri haqqında ətraflı məlumat verib. Poliovirus əleyhinə vaksinin tətbiqi sayəsində yoluxucu xəstəliklərdən olan poliomileitin qarşısı tamamilə alına bilər. Ölkəmizdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına vurulur”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *