Vaxtından əvvəl doğulanlarda qidalanmanın hesablanması mövzusunda onlayn təlim keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 25 oktyabr 2023-cü il tarixində 2 saat olmaqla Moskva şəhəri, Rusiya Federasiyası Səhiyyə Nazırliyi “Akademik V.İ.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibbi Tədqiqat Mərkəzinin 2-ci yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş uşaqların patologiya şöbəsinin müdiri, neonatologiya və pediatriya kafedrasının dosenti Qroşeva Yelena Vladimirovna tərəfindən “Vaxtından əvvəl doğulanlarda qidalanmanın hesablanması” mövzusunda onlayn təlim keçiriləcək.
İnstitutun rəhbərliyinin təşəbbüsü ilə keçiriləcək təlim TEAMS platforması üzərindən baş tutacaq. Təlim neonatoloqlar və orta tibb personal üçün nəzərdə tutulub.
Tədbirin məqsədi mərkəzin institutla imzalanan müqaviləyə əsasən əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaqdır. Tədbirlər planın bir hissəsi kimi təşkil olunan təlimin davamlı olaraq ayda bir dəfə keçirilməsi nəzərdə tutulub.
Təlimə qoşulma linki:
https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_MzUxOTI3Y2ItOGQyZi00NGEyLWI1ZjYtNTQ2YTYwZjU1N2Y0%40thread.v2/0?context=%7b%22Tid%22%3a%2212a3af23-a769-4654-847f-958f3d479f4a%22%2c%22Oid%22%3a%22479bdd83-cb90-42a9-9db0-41607e7de860%22%7d

Leave a Comment

Your email address will not be published. Required fields are marked *