Həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib.
Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər.
Həkim-qastreoenteroloq Dilarə Bayramovanın rəhbərliyi altında Səfurə Eminova “Yenidoğulmuşların qidalandırılması” mövzusunda ətraflı təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında ana südü ilə qidalanmanın üstünlükləri, onun uşaq orqanizminə olan müsbət təsiri, düzgün döşə qoyulma, döşlə əmizdirməyə nisbi əksgöstərişlər və.s barədə ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *