Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda mülki müdafiə tədbirlər planına əsasən mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib.
Tədbirdə institutun bütün şöbələrindən əməkdaşlar iştirak edib.
İnstitutun mülki müdafiə üzrə mütəxəssisi Natəvan Rzayeva “Bioloji silahlar” mövzusunda məruzə edib. Bioloji silahlar, onların döyüş xüsusiyyətləri, istifadə üsulları və onlardan qorunma yollarından danışıb.
Məşqin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı şəxsi heyətin funksional vəzifələrinin öyrənilməsi, işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi, mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilində vərdişlərinin artırılmasından ibarətdir.