ETPİ-də Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı çərçivəsində maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı çərçivəsində maarifləndirici seminar keçirilib.
Seminarda institutun həkim-kollektivi, həkim-rezidentlər iştirak ediblər.
İnstitutun Anesteziologiya və reanimatologiya elmi bölməsinin müdiri t.ü.f.d.Yeganə Qasımovanın rəhbərliyi ilə həkim-rezident Ləman Əzizova süd vəzi xərçənginə dair ətraflı təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, erkən diaqnostika üsulları, müalicəsi xəstəliyin qarşısının alınması metodları, döşlə əmizdirmənin profilaktikasında ana südünün süd vəzi xərçəngində effektivliyi, ana südünün ananı və körpəni xərçəngdən qoruması haqqında çıxış edib. Müzakirələrdən sonra seminar yekunlaşıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *