ETPİ-də Elmi Şuranın (oktyabr ayı üçün) 3 saylı iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (oktyabr ayı üçün) 3 saylı iclası keçirilib. Elmi Şuranın 17 nəfər üzvünün iştirakı ilə keçirilən iclasın gündəliyində – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Yenidoğulmuşların patologiya şöbəsi, Erkən yaşlı uşaqların cərrahiyyə şöbəsi, Yoluxucu Xəstəliklər şöbəsi) 2023-cü ilin ilk yarımillik (III kvartal daxil olmaqla), o cümlədən müxtəlif məsələlər daxil olub. Hesabatlar ətrafında müzakirələr aparılıb, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb, rəylər dinlənilib və səsvermədə qənaətbəxş hesab olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *