ETPİ-nin həkim heyəti Rusiya Federasiyasında təşkil olunan kursda iştirak ediblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Rusiya Federasiyasının birgə təşkilatçılığı 2-13 oktyabr 2023-cü il tarixlərində Moskva şəhərində keçirilən “Uşaqlara təcili yardımın göstərilməsi prinsipləri” kursunda institutun bir sıra həkimləri heyəti iştirak ediblər. Milli Elmi-Tədqiqat Uşaq Sağlamlıq Mərkəzində keçirilən kurs iki həftə davam edib. Kursda pediatriyanin və uşaq cərrahiyyəsinin bütün sahələrinə toxunulub. ETPİ-nin 9 həkim-mütəxəssisi kursu müvəffəqiyyətlə başa vurub sertifikatlarla təmin olunublar. Bununla əlaqədar olaraq iştirakçılardan t.ü.f.d.Günay Salehova kurs haqqında ətraflı hesabatı kollektivə təqdim edib. Təqdimatda kursda keçirilən geniş mühazirələr, praktik məşğələlər, tibbin müasir yenilikləri haqqında ətraflı məlumat verilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *