Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rezidentlər üçün növbəti seminar keçirilib.
Seminarda həkim-qastroenteroloq Dilarə Bayramovanın rəhbərliyi ilə həkim-rezident Günəş Sultanova “Yenidoğulmuşlarda həzm sisteminin anatomiya fiziologiyası” mövzusunda təqdimatla çıxış edib.
Məruzədə xəstəliyin müasir təsnifatına, müasir diaqnostik üsullarına və müalicə prinsiplərinə geniş yer ayrılıb.
Daha sonra həkim-cərrah Umud Musayevin rəhbərliyi ilə həkim-rezident Səma Quluzadə “Hipertrofik pilorostenoz” mövzusunda çıxış edib.
Mövzular ətrafında müzakirələr aparılıb, hər iki məruzə qənaətbəxş hesab olunub.
İnstitutda rezidentura təhsili ilə bağlı mütəmadi belə seminarlar təşkil edilir.