ETPİ-də maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Dünya əl Yuma Günü çərçivəsində maarifləndirici seminar keçirilib.
Seminarda institutun rəhbərliyi, həkim-əməkdaşları, həkim-rezidentlər, tibb bacıları, kiçik tibb personalı iştirak ediblər.
Tədbirin açılış nitqində institutun rəhbərliyi əl yumanın əhəmiyyəti və infeksiyanın profilaktikasında rolu haqqında geniş məlumat verib.
Daha sonra həkim-rezident Humay Zeynalova
“Infeksiyanın profilaktikasında əl gigiyenasının rolu” mövzusunda təqdimatla çıxış edib. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, videoçarx nümayiş etdirilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *