ETPİ-də Dünya Anesteziya Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Dünya Anesteziya Günü ilə əlaqədar həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici seminar keçirilib.
Seminarda institutun rəhbərliyi, həkim-əməkdaşları, həkim-rezidentlər iştirak ediblər.
Tədbirin açılışında seminarın keçirilməsinin vacibliyinə toxunulub və mövzu ətrafında aparılacaq müzakirələrin həkim-rezidentlər üçün faydalı olacağı vurğulanıb.
Həkim- anestezioloq Afaq Salmanova “Anesteziologiyanın tarixi” mövzusunda təqdimatla çıxış edib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Ölkəmizdə anesteziologiyanın inkişafında əvəzsiz rolu olan vətən alimlərinin adı da dərin hörmət və ehtiramla yad edilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *