Bu gün ETPİ-də Dünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Dünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, həkim-əməkdaşları və həkim-rezidentlər iştirak ediblər. Tədbirdə qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər – yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və s. göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. Bildirilib ki, alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilən tədbirin keçirilməsində məqsəd alkoqolun sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verməkdən ibarət olub. Pediatriya şöbəsinin həkim-pediatrı Gülnarə İlyasova Alkoqolizmlə Mübarizə Günü ilə əlaqədar təqdimatla çıxış edib: “Alkoqol asılılığı bir sıra xəstəliklərə səbəb olur. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 25 faizinin səbəbi alkoqoldan istifadə etməkdir. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə zərurətə çevrilib. Alkaqol qəbul edən qadınların dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqolun istifadəsi ilə əlaqədardır”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *